İlkay Gündoğan: "Tam hazır deyiləm"
9 Yanvar 2014 00:05 İdmanÖtən həftə komanda ilə məşqlərə başlayan "Borussiya" (Dortmund) klubunun futbolçusu İlkay Gündoğan son durumu haqda danışıb. Qol.Az-ın məlumatına görə, türk əsilli yarımmüdafiəçi "Bild" qəzetinə açıqlamasında hələ də tam hazır olmadığını deyib: "Özümü yaxşı hiss etmirəm, ağrılarım davam edir. Belimdəki ağrılar bütün bədənimə yayılıb. Hazırda əsas məqsədim yaşıl meydana tam olaraq hazır dönməkdir".
Qeyd edək ki, İ.Gündoğan avqust ayında Almaniya millisinin Paraqvayla oynadığı matçda zədələnmişdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31