Forbes yenə də Şarapovanı seçib
8 Yanvar 2014 12:35 İdmanForbes jurnalı hər il olduğu kimi bu il də 30 yaşa qədər olan məşhurların siyahısını açıqlayıb. Jurnalın15 nəfərlik syahısında rus tenisçi Mariya Şarapova da yer alıb. Xatırladaq ki, Forbes daha öncə Şarapovanı ən çox qazanan xanım idmançı kimi seçmişdi. 26 yaşlı idmançının illik gəlirinin 29 milyon dollar olduğu göstərilmişdi.
Qeyd edək ki, tenisdən əlavə Şarapovanın şəkər fabriki fəaliyyət göstərir. Fabrikin malları Sugarpova markası ilə satılır.
Məlumat üçün bildirək ki, Şarapova dünyanın 3-cü ən yaxşı xanım tenisçisidir.("OLAYLAR" İA)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31