Rza Zərrabın istefa məktubunu Ebru Gündeş çatdırıb

İş adamı “Sarkuysan”ın rəhbərliyindən istefa verməsinin pərdə-arxası səbəbləri ortaya çıxıb

Türkiyədə korrupsiyaya qarşı əməliyyatlar çərçivəsində tutulan iş adamı Rza Zərrabın "Sarkuysan"ın rəhbərliyindən istefa verməsinin pərdə-arxası səbəbləri ortaya çıxıb.
Türkiyə mətbuatının verdiyi məlumatına görə, şirkətin verdiyi açıqlamada göstərlib ki, "20.06.2013-cü il tarixində ümumi heyətin qərarı ilə idarə heyəti üzvlüyünə seçilmiş olan Rza Zərrab 06.01.2014-cü il tarixində üzvlülükdən istefa verib. 
Məlumata görə, "Sarkuysan"dan istefa verməsi ilə bağlı Rza Zərrabın şirkətə göndərdiyi məktubu həyat yoldaşı Ebru Gündeş vasitəsi ilə çatdırıb. ans

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31