Vidiç "Mançester Yunayted"i tərk edir?
8 Yanvar 2014 11:35 İdman"Mançester Yunayted"in serbiyalı futbolçusu Nemanya Vidiç, "qırmızı şeytanlar"ın düşərgəsini tərk etməyə hazırlaşır. Siasport.az saytı xəbər verir ki, bu barədə serbiyalı müdafiəçinin meneceri İtaliya mətbuatına açıqlamasında deyib. Bildirib ki, 32 yaşlı oyunçu "qırmızı şeytanlar"la mövsümün sonunda başa çatan müqaviləni yeniləməyəcək: "Vidiç çox yaxşı futbolçudur. Özünə yeni klub tapmaqda çətinlik çəkməyək. "MY" ilə müqaviləni yeniləməyi düşünmürük". Qeyd edək ki, N.Vidiç 2006-ci ildən İngiltərə klubunda oynayır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31