Belçikalı futbolçu rəsmən "Roma"da
8 Yanvar 2014 11:30 İdmanİtaliyanın "Roma" klubu daha bir futbolçunu heyətinə qatıb. Qol.Az-ın klubun saytına istinadən verdiyi məlumata görə, paytaxt təmsilçisi "Kalyari"nin futbolçusu Radja Nainqqolanı mövsümün sonuna qədər icarəyə götürüb. Bunun üçün "Roma" belçikalı yarımmüdafiəçinin klubuna 3 milyon avro ödəyib. Əgər "Roma" mövsümün sonunda 3 milyon avro da ödəsə, futbolçunun birdəfəlik ala biləcək.
Qeyd edək ki, 2013-cü ildə "Kalyari"nin şərəfini qoruyan R.Nainqqolan indiyə kimi 100-dən çox matçda iştirak edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31