Balotelli: "Milan"dan ayrılmağı düşünmürəm"
8 Yanvar 2014 19:45 İdman"Milan" klubunun hücumçusu Mario Balotelli haqqında çıxan transfer xəbərlərinə münasibət bildirib. Qol.Az-ın məlumatına görə, italiyalı futbolçu "Milan"dan ayrılmaq niyyətində olmadığını deyib: "Milan"dan ayrılmaq niyyətdə deyiləm. Dünya çempionatına qədər hazır olmaq istəyirəm. Hazırda bundan başqa düşüncəm yoxdur".
Qeyd edək ki, Balotellinin qışda "Çelsi"yə transfer olunacağı iddia edilirdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31