"Syomin "Rubin"dən konkret təklif almayıb"

"Qəbələ" futbol klubunun rusiyalı baş məşqçisi Yuri Syominin Kazanın "Rubin" komandasına keçəcəyi ilə bağlı təklif daxil olmayıb. Lent.az-ın "İTAR-TASS"-a istinadən məlumatına görə, bu bəyanatı Y.Syominin təmsilçisi Dmitri Selyuk verib: "Syominə konkret təklif edilməyib". Mənbə xatırladıb ki, dekabrın sonunda Tatarıstan klubunda əsaslı yerdəyişmə edilib. 
2001-ci ildən komandaya baş məşqçilik edən Qurban Berdıyev istefaya göndərilib, klub prezidentinin müavinliyi ləğv olunub, baş direktor vəzifəsinə Vladimir Leonov təyin edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31