Ronaldinyodan “Beşiktaş”a 10 şərt

Ronaldinyonun "Beşiktaş"a gəlmək üçün ailəsinə təyyarə biletindən, şəxsi sürücüsünə və qulluqçusuna qədər 10 şərt irəli sürdüyü deyilir. Futbolda qış transferinin ən çox danışılan mövzusu olan Ronaldinyonun transferi ispan mətbuatına gedib çıxıb. İspaniyanın "Marca" qəzeti Ronaldinyonun "Beşiktaş"a gəlmək üçün 10 şərt irəli sürdüyünü yazıb.

Ronaldinyonun şərtləri bunlardır:

  1. Mövsümün əvvəlində 6 milyon avro maaş
  2. Ödənişlərdə 2 aydan çox gecikmə olarsa 8 faiz əlavə ödəniş
  3. 1 ildən sonra başqa kluba transfer hüququ
  4. fərdi sponsorluq hüququ
  5. qazanılan kuboklar üçün mükafat
  6. forma satışlarından faiz
  7. onun üçün ayrılmış yer
  8. mobil telefon
  9. şəxsi işlərini yerinə yetirən şəxsin xərclərinin klub tərəfindən qarşılanması
  10.  ailəsi ilə birlikdə Brazilyaya gedə biilməsi üçün ildə 7 təyyarə bileti(OLAYLAR İA)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31