Azərbaycanlı futbolçuya meyxana deməsi baha başa gəldi VIDEO

Kamran Ağayevlə meyxana deyən Ruslan Əmircanov baş məşqçisi danlayıb

Azərbaycan milli futbol komandasının və Bakı FK-nın qapıçıs Kamran Ağayevlə "Xəzər TV"də meyxana deməsi "İnter"in futbolçusu Ruslan Əmircanova baha başa gəlib. Idman portalları həmin video efirlərdə səsləndikdən, sosial şəbəkədə yayıldıqdan sonra komandanın baş məşqçisi Kaxaber Sxadadzenin futbolçunu otağına çağıraraq onu danladığı barədə məlumatlar yayıblar.  Eyni zamanda ciddi xəbərdarlıq edib ki, bir də belə hal təkrar olunmasın. Məşqçi Əmircanova başını aşağı salıb futbolu ilə məşğul olmağı məsləhət görüb.  Cəza olaraq isə, "Sumqayıt"la oyunda onu meydançaya da buraxmayıb.

Məsələ aydınlıq gətirmək üçün klubun mətbuat xidmətinin rəhbəri Səbuhi Məmmədov ilə əlaqə saxladıq. S.Məmmədov isə belə deyib:   "Məşqçi ilə Ruslan Əmircanov arasında normal işgüzar münasibətlər mövcuddur. Ruslan hazırda komanda ilə Antalyada məşq toplantısınsadır. Məsələ ilə bağlı isə hər hansı bir məlumatım yoxdur." ans

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31