Riberi: "Qızıl top"u qazanmaq üçün əla şansım var"
7 Yanvar 2014 19:57 İdman"Bavariya" klubunun yarımmüdafiəçisi Frank Riberi bu il qazanmağa namizəd olduğu "Qızıl top" mükafatı haqda danışıb. Qol.Az-ın məlumatına görə, fransız futbolçu bu il "Qızıl top"u qazanmaq üçün çox yaxşı şansı olduğunu bildirib: "Düşünürəm ki, bu il "Qızıl top"u qazanmaq üçün əla şansım var. Çünki ötən mövsüm komandamla bütün titulları qazanmışam. 2013-cü ildə həm mən, həm də komandam çox yaxşı çıxış etdi. Görək, səsvermə necə nəticələnəcək. Mənə də gözləmək qalır".
Qeyd edək ki, "Qızıl top" mükafatının yeni sahibinə yanvarın 13-də aydınlıq gələcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31