"İtaliyada "Qalatasaray" yoxdur ki, "Yuventus"u durdursun"
7 Yanvar 2014 18:57 İdmanİtaliya futbolunun tanınmış simalarından olan Serse Cosmison çempion "Yuventus" barədə maraqlı açıqlama verib. Siasport.az saytı xəbər verir ki, təcrübəli futbol mütəxəssisi, "qoca sinyora"nın "Roma"nı 3:0 hesabı ilə məğlub etdiyi son qarşılaşmadan sonra italiyalı jurnalistlərə maraqlı açıqlama verib: "Belə görürəm ki, "Yuventus" qarşısına çıxan bütün komandaları məğlub etməklə məşğuldur. Onların qarşısını alan komanda hələ ki A Seriyasında yoxdur. Əgər "Qalatasaray" A Seriyasında çıxış etsəydi, bu vəziyyət tamam başqa cür olardı."
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31