"Mançester Yunayted" transferlərə rekord vəsait ayırdı
7 Yanvar 2014 19:04 İdman"Mançester Yunayted" qış transferi pəncərəsində yeni futbolçular almaq üçün rekord vəsait ayırıb. Qol.Az-ın klubun saytına istinadən verdiyi məlumata görə, rəhbərlik baş məşqçi Devid Moyesə 200 milyon avroluq bir büdcə təqdim edib. Ancaq bu məbləğin yalnız bir hissəsinin bu ay xərclənəcəyi gözlənilir. Şotlandiyalı mütəxəssisin transfer siyahısında İlkay Gündoğan ("Borussiya" Dortmund), Koke ("Atletiko" Madrid), Verratti (PSJ), Matuidi (PSJ), Ander Herrera ("Atletik", Bilbao) kimi futbolçular var.
"Qırmızı şeytanlar"ın ən önəmli transferləri mövsümün sonunda edəcəyi gözlənilir. Yay transferi pəncərəsində klubun Marko Roys ("Borussiya", Dortmund), Dieqo Kostaya ("Atletiko", Madrid) təklif göndərəcəyi iddia edilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31