"Rubin"in yeni baş məşqçisi müəyyənləşdi
7 Yanvar 2014 11:31 İdmanAzərbaycan milli komandasının üzvü Ruslan Abışovun şərəfini qoruduğu "Rubin" klubunun yeni baş məşqçisinin kimliyinə aydınlıq gəlib.
Qol.Az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Kazan təmsilçisini Stanislav Çerçesov çalışdıracaq.
Təcrübəli mütəxəssis hazırda Rusiya Premyer Liqa təmsilçisi "Amkar" klubunda işləyir. Lakin 50 yaşlı mütəxəssis Perm klubunu tərk edərək "Rubin"də çalışmağa razılıq verib.
Qeyd edək ki, Çerçesov "Rubin"in baş məşqçi vəzifəsində Qurban Berdıyevi əvəzləyəcək. 2001-ci ildən "Rubin"i çalışdıran Berdıyev bir müddət öncə istefaya göndərilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31