Şumaxerin vəziyyəti ağır olaraq qalır
Meneceri müxbirlərdən həkim sirrini qorumağı xahiş edib
7 Yanvar 2014 10:43 İdmanMixail Şumaxerə yaxın olan insanlar böyük ümid ilə onun keçmiş vəziyyətə qayıdacağını gözləyirlər. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, məşhur idmançını hər saniyə nəzarət altında saxlayan həkimlər xəstənin az da olsa yaxşılığa doğru getmək istəyini bildiriblər. Vəziyyəti hələ də kritik olaraq qalıb, həkimlər Şumaxerin həyatının təhlükədə olduğunu deyiblər.
Şumaxerin meneceri Sabina Kem xüsusi olaraq pressa üçün açıqlama verərək avtoş sürücünün vəziyyətinin ağır-stabil olaraq qaldığını bildirib. O, eləcə də qeyd edib ki, bundan sonra yaxın müddətdə idmançının vəziyyəti barədə heç bir şərh olmayacaq və müxbirlərdən həkim sirrini qorumağı xahiş edib.
Xatırladaq ki, Şumaxer xizək sürmək üçün Alp dağlarına yollanıb, sürüşdüyü zaman yıxılıb zərbə güclü olduğundan başındakı qoruyucu şlem iki yerə bölünüb. O, başından ağır zərbə alıb.