Şahin Diniyev istefa verdi
Şahin Diniyev cari mövsüm "Rəvan"la 2.5 illik müqavilə imzalamışdı
4 Yanvar 2014 11:27 İdman"Rəvan" klubu baş məşqçisi Şahin Diniyevlə yolları ayırıb.
Qol.Az saytına açıqlamasında bu barədə klubun mətbuat xidmətinin rəhbəri Elvin Yaqubov məlumat verib.
"Artıq Şahin Diniyev "Rəvan"ın baş məşqçisi deyil. Şahin müəllim istefası ilə bağlı klub rəhəbərliyinə müraciət etdi və istefası qəbul edildi" - deyə klub rəsmisi bildirib.
Boş qalmış baş məşqçi postuna türkiyəli mütəxəssis Güvənc Kurtarın gətiriləcəyi gözlənilir.
Qeyd edək ki, Şahin Diniyev cari mövsüm "Rəvan"la 2.5 illik müqavilə imzalamışdı.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31