İnyesta "Atletiko"nu seçdi
30 Dekabr 2013 20:03 İdman"Barselona"nın futbolçusu Andres İnyesta Çempionlar Liqasının 1 /8 finalındaəki rəqibi "Mançester Siti"nin baş məşqçisi Manuel Pelleqrinin cavabını verib. Qol.Az-ın məlumatına görə, təcrübəli mütəxəssis açıqlamasında Kataloniya klubunun onlardan qorxduğunu demişdi.
Bu barədə "Marca"ya danışan ispan yarımmüdafiəçi heç kəsdən qorxmadıqlarını bildirib: "Onlardan qorxmuruq. Düzdür, çox çətin və maraqlı oyun olacaq. Rəqibimiz səviyyəli bir komandadadır. Amma onları məğlub etmək bizim üçün yaxşı təcrübə olacaq".
ÇL-in favoritləri haqda danışan A.İnyesta "Atletiko"nu (Madrid) kuboku qazan biləcək komandalar arasında görüb: "Mançester Siti", "Bavariya" və "Atletiko" əsas favoritlərdir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31