Dünya çempionunun vəziyyəti ağırdır

Formula-1 yarışlarında 7 dəfə dünya çempionu olmuş alman pilot Maykl Şumaxer Fransada xizək sürərkən qəza keçirib və başından yaralanıb. "OLAYLAR" İA-nin verdiyi məlumata görə Şumaxerin olduğu xəstəxana idmançının vəziyyətinin ağır olduğunu bildirib.

Fransadakı xəstəxanadan verilən açıqlamada 44 yaşlı pilotun xəstəxanaya gətirilən zaman komada olduğu deyilib.
Idmançının qəza zamanı başında qoruyucu geyimin olduğu və qəza anında başının qayaya çırpıldığı deyilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31