Bu il idmançılarımız 280 qızıl medal qazanıb
30 Dekabr 2013 12:51 İdmanCari il ərzində respublikada fəaliyyət göstərən federasiyalar ilə birlikdə ölkəmizdə 298 respublika yarışları təşkil edilib, 57 beynəlxalq yarış keçirilib. "OLAYLAR"-ın Gənclər və İdman Nazirliyinə istinadən verdiyi xəbərə görə, xarici ölkələrdə keçirilmiş 281 beynəlxalq yarışlarda isə ölkə yığma komandalarının iştirakı təmin olunub. 2013-cü il ərzində olimpiya və qeyri-olimpiya idman növləri üzrə rəsmi beynəlxalq yarışlarda - Dünya və Avropa çempionat və birinciliklərində, kubok yarışlarında 280 qızıl, 233 gümüş və 269 bürünc, ümumilikdə isə 782 medal əldə edilib. Bunlardan 296 medal olimpiya, 486 medal isə qeyri-olimpiya idman növlərindən olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31