Droqba "Qalatasaray"dan ayrılmaq istəmir

"Qalatasaray" klubunun prezidenti Ünal Aysal futbolçusu Didye Droqba ilə görüşüb. Qol.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə klubun mətbuat xidmətinin rəhbəri Şükrü Ergün açıqlamasında deyib. Bildirib ki, fil dişi sahilli hücumçu görüş zamanı klub prezidentinə komandada qalmaq istədiyini söyləyib: 
"Biz də onun ayrılmasını istəmirik. Mourinyonun dediyi kimi Droqba bir əfsanədir. "Çelsi" ilə matçda da o, bunu sübut edəcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31