"Real"ın futbolçusu iki aylıq sıradan çıxdı

La Liqada "Valensiya" ilə matçda zədələnən Xabi Alonsonun son durumu bəlli olub. Qol.Az-ın klubun saytına istinadən verdiyi məlumata görə, qulaq pərdəsində problem yaşayan yarımmüdafiəçi tibbi müayinədən keçib. Zədəsinin ciddi olduğu məlum olan təcrübəli oyunçunun iki ay yaşıl meydanlardan kənarda qalacağı açıqlanıb.

Qeyd edək ki, sözügedən matçda rəqiblə toqquşma nəticəsində futbolda nadir halda rast gəlinən qulaq pərdəsindən zədələnən X.Alonsoya təyyarayə minməyə icazə verilməmişdi. Bu səbəbdən o, Valensiyada qalmışdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31