Mustafa Dənizli Roberto Mançiniyə məsləhət verdi
25 Dekabr 2013 20:19 İdman"Xəzər Lənkəran"ın baş məşqçisi Mustafa Dənizli "Qalatasaray"ın çalışdırıcısı Roberto Mançiniyə məsləhət verib. Qol.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, təcrübəli mütəxxəssis deyib ki, İstanbul klubunun Çempionlar Liqasının 1/8 finalında "Çelsi" ilə matçda futbolçusu Didye Droqbanın oynatması yanlış qərar ola bilər. O hesab edir ki, fildişi sahilli hücumçu keçmiş klubuna qarşı istənilən oyunu sərgiləməyə bilər: "Bir futbolçu keçmiş komandasına qarşı oynayanda çox zaman istəkli olmur. Droqba çox fərqli hisslərlə bu matça çıxacaq. Azarkeşlər onu alqışlayacaq. Buna görə də "Çelsi" ilə görüşdə Droqbanı oynatmaq düzgün deyil. Mən olsam onu oynatmaram. O, yaxşı futbolçudur, amma bunun insanlıq tərəfi də var".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31