"Qalatasaray" "Milan"ın hücumçusunu istəyir
25 Dekabr 2013 19:44 İdman"Qalatasaray" klubu "Milan"ın futbolçusu Əl Şaaravini transfer etmək istəyir. Qol.Az-ın xəbərinə görə, bu barədə məlumatı İtaliya mətbuatı yayıb.
Bildirilib ki, hətta İstanbul təmsilçisi bir ay əvvəl gənc hücumçu üçün təklif göndərib. Bu mövsüm zədə səbəbindən çox matçda iştirak etməyən oyunçunun isə komandasından ayrılmaq istəmədiyi iddia edilir. İstanbul klubunun futbolçunu icarəyə götürməyi də planlaşdırdığını bildirilir.
Qeyd edək ki, Əl Şaaravi ilə "Arsenal" da maraqlanır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31