Yaya Ture: "Barselona" bizdən çəkinir"
25 Dekabr 2013 19:32 İdman"Mançester Siti" klubunun aparıcı futbolçusu Yaya Ture iddialı açıqlamaları diqqət çəkib. Qol.Az-ın məlumatına görə, Britaniya mətbuatına danışan Ture Çempionlar Liqasının 1/8 finaldakı rəqibləri "Barselona"nın onlardan çəkindiklərini bildirib: "Doğru komandada olduğumu düşünürəm. Çünki "Mançester Siti"yə çox güclü futbolçular gəlib. İnanıram ki, yarım ildən sonra "Mançester Siti" dünyanın ən güclü komandası olacaq. "Barselona"ya gəldikdə isə onlar bizdən çəkinirlər. Biz xüsusilə evdə çox yaxşı təsir bağışlayırıq. Bu səbəbdən də "Barsa" bizdən qorxur. Ancaq hər iki bizim üçün çətin keçəcək. Əgər qələbə qazanmaq istəyiriksə, ən yaxşı oyunumuzu nümayiş etdirməliyik".
Qeyd edək ki, Çempionlar Liqasında bu komandalar arasında oyunlar 18 fevral və 12 mart tarixlərində keçiriləcək.