Aykut Kocaman "Latsio" və "Marsel"in təkliflərini rədd etdi

"Fənərbaxça" klubunun keçmiş baş məşqçisi Aykut Kocaman ona gələn təkliflərə münasibət bildirib. Qol.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, "Latsio" və "Marsel"dən təklif alan türkiyəli mütəxəssis hər ikisini rədd edib. A.Kocaman bu mövsümün sonuna qədər çalışmaq istəmədiyi üçün belə bir qərar verib.
 Qeyd edək ki, təcrübəli baş məşqçi "Fənərbaxça"dan ayrıldıqdan sonra verdiyi açıqlamasında bir il işləməyəcəyini demişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31