"Real"ın futbolçusu Premyer Liqa yolunda
24 Dekabr 2013 18:29 İdman"Real" (Madrid) klubunun müdafiəçisi Fabio Koentraoya İngiltərə Premyer Liqasından təklif gəlib. Qol.Az-ın məlumatına görə, İngiltərənin "Tottenhem" klubu portuqaliyalı futbolçunun xidmətində maraqlıdır. "Real"ın əsas heyətindən kənarda qalan Koentraonun da bu təklifi müsbət qarşıladığı bildirilir. Tərəflər razılığa gələcəkləri təqdirdə 25 yaşlı futbolçu yanvar ayından "Tottenhem"in şərəfini qoruyacaq.
Qeyd edək ki, 2011-ci ildən "Real"da çıxış edən Koentrao keçirdiyi 40 oyunda bir qol vurub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31