İlkay Gündoğan qayıdır
24 Dekabr 2013 23:08 İdman"Borussiya" (Dortmund) klubunun zədəli futbolçusu İlkay Gündoğanın nə zaman yaşıl meydanlara qayıdacağı məlum olub. Qol.Az-ın "Bild"ə istinadən verdiyi məlumata görə, cümə günü baş tutan komandanın son məşqində iştirak edən türk əsilli yarımmüdafiəçi özünü yaxşı hiss etdiyini deyib: "Uzun zamandan sonra komandamla məşqlərə başladığım üçün xoşbəxtəm. Ümid edirəm ki, ikinci dövrəyə qədər tam hazır olacam".
Qeyd edək ki, Almaniya millisinin oyunçusu İ.Gündoğan avqustun 14-də Paraqvayla oynanılan matçda zədələnmişdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31