Joze Mourinyo: "Arsenal" ağlamağı sevir"

"Çelsi"nin baş məşqçisi Joze Mourinyo Premyer Liqada "Arsenal"la oyundan sonra açıqlama verib. Qol.Az-ın məlumatına görə, o, görüşün nəticəsindən razı qaldığını deyib: "Arsenal" da, biz də qazanmaq istədik, amma məğlub olmaq da istəmədik. Qalib gələ bilərdik. Çünki qarşılaşma ərzində daha üstün tərəf biz idik".
Təcrübəli çalışdırıcı "Arsenal"ın oyunun birinci hissəsində futbolçusu Obi Mikele qırmızI vərəqə göstərilməsini tələb etməsinə də münasibət bildirib: "Arsenal" ağlamağı sevir. İngilis futbolunda hər zaman aqressivlik və sərtlik olub. Hakim oyunu çox yaxşı idarə etdi".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31