Radamel Falkao: "Ronaldo dünyanın ən yaxşı futbolçusudur"

"Monako"nun futbolçusu Radamel Falkao Kriştiano Ronaldo ilə Lionel Messini müqayisə edib. Qol.Az-ın "El Tiempo"ya istinadən verdiyi məlumata görə, o, portuqaliyalı hücumçunun Messidən daha yaxşı oyunçu olduğunu deyib: "Ronaldo və Messi hazırda dünyanın ən önəmli iki oyunçusudur. Amma mənim üçün Ronaldo dünyanın ən yaxşı futbolçudur". 
Zədəsinin hazırkı durumu haqda da danışan Falkao bildirib ki, artıq zədəsini tam sağaldıb və heç bir problemi yoxdur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31