AFFA-dan “Neftçi” rəsmilərinə ağır cəza
24 Dekabr 2013 14:45 İdmanBu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Qol.Az-ın xəbərinə görə, iclasda Topaz Premyer Liqasının XVIII turunun oyunlarındakı pozuntularla bağlı qəralar verilib. İclasda AZAL - "Neftçi" matçında və oyundan sonrakı olayla daha çox müzakirə mövzusu olub. Qərara əsasən, AZAL-ın 7 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur.
Matçın 80-ci dəqiqəsində "Neftçi"nin futbolçusu Mahir Şükürov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 200 manat cərimə edilib.
Oyunun 83-cü dəqiqəsində "Neftçi"nin futbolçusu Elvin Yunuszadə kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu iki oyunluq cəzalanıb, klub 2000 manat cərimələnib.
Oyunun 83-cü dəqiqəsində "Neftçi"nin mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə hakimləri təhqir etdiyinə görə 5 oyunluq cəzalanıb, klub 5000 manat cərimə olunub.
Oyun başa çatdıqdan sonra "Neftçi"nin vitse-prezidenti Tahir Süleymanov hakimləri təhqir etdiyinə görə 5 oyunluq cəzalanıb, klub 5000 manat cərimə edilib.