Tütün əleyhinə velo-yürüş təşkil edilib

"Sağlam Düşüncə" Gənclər Təşkilatı "Təbiət Dostlar" Gənclər İctimai Birliyinin Yaşıl Velosipedçilər klubu ilə birlikdə "Tütünə yox!" Sağlam Həyat tərzinin təbliği kampaniyası çərçivəsində velo-yürüş təşkil edib. İctimai Birlikdən "OLAYLAR"-a daxil olan məlumata görə, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə baş tutan yürüş Sumqayıt şəhərində keçirilib. Yürüşün эsas məqsədi əhaliyə tütünün zərərləri haqqında mesaj çatdırmaq və sağlam həyat tərzinin təbliğ etmək olги.  Velo-yürüşdə 30-a yaxın velosipedçi iştirak edib. Yürüş zamanı kampaniya haqqında əhaliyə məlumat verilib və tütünün zərərləri haqqında məlumat eks etdirilmiş bukletlər paylanılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31