Hakan Şükür televiziyadan qovuldu
24 Dekabr 2013 10:11 İdmanTürkiyənin hakim Ədalət və İnkişaf Partiyasından (AKP) istefa verərək, müstəqil deputat kimi fəaliyyətini davam etdirən veteran futbolçu Hakan Şükür işlədiyi Lig TV kanalından qovulub.Lent.az-ın Türkiyə mediasına istinadən xəbərinə görə, kanal rəhbərliyi İstanbuldan deputat seçilmiş Şükürün işinə son verib.Qeyd edək ki, H.Şükür deputatlıqla bərabər adı çəkilən kanalda futbol şərhçliyi ilə məşğul olurdu.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31