Skolari: "Kaka dünya çempionatında oynaya bilər"
23 Dekabr 2013 18:20 İdmanBraziliya millisinin baş məşqçisi Luis Felipe Skolari "Milan"ın futbolçusu Kakanın yenidən yığmada oynayıb-oynamayacağına aydınlıq gətirib.
Qol.Az-ın məlumatına görə, təcrübəli mütəxəssis bunun daha çox futbolçunun özündən asılı olduğunu bildirib: "Hər bir futbolçu üçün mütəmadi oynamaq vacibdir. Kaka üçün də həmçinin. Əgər o klubunda daim oynasa, milliyə də çağırıla bilər. Bu daha çox onun özündən asılıdır. Ümumilikdə bütün futbolçuların yığmada oynamaq şansı var".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31