"Messi "Barselona"dan ayrıla bilər"
23 Dekabr 2013 17:04 İdman"Mançester Siti" klubunun yarımmüdafiəçisi Yaya Ture maraqlı açıqlamaları ilə diqqət çəkib.Qol.Az-ın məlumatına görə, "BeIN Sport"a danışan Ture "Barselona"dan ayrılmasının səbəbini açıqlayıb. "Barselona"da Qvardiola ilə yaxşı keçinmədim. Ona görə də komandamı dəyişdim. Orada çox gözəl 3 mövsüm keçirdim. 2009-cu ildə bütün titulları qazandım. İbrahimoviçlə birgə oynamaq da mənə xüsusi zövq verdi".
30 yaşlı futbolçu sabiq komanda yoldaşı Lionel Messi haqda bunları deyib: "Messinin "Mançester Siti"yə gəlmək şərtilə "Barselona"dan ayrılmasını istəyə bilərəm".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31