Lui van Qal "Tottenhem"i çalışdıra bilər
23 Dekabr 2013 18:55 İdmanHollandiya millisinin baş məşqçisi Lui van Qal "Tottenhem" klubunu çalışdıra bilər. Qol.Az-ın məlumatında görə, "NOS" televiziyasına danışan təcrübəli mütəxəssis deyib ki, İngiltərə Premyer Liqasında işləmək istəyir: "Mənə gələn təkliflər haqda danışa bilmərəm. Hər zaman dediyim kimi futboldan getməzdən əvvəl Premyer Liqada çalışmaq istəyirəm. Oradan gələn təklifləri dəyərləndirərəm".
Qeyd edək ki, "DÇ-2014"dən sonra Hollandiya yığmasından ayrılacaq Qalın mundialdan sonra "Tottenhem"i çalışdıracağı iddia edilir. O zamana qədər isə kluba müvəqqəti olaraq Tim Şervudun baş məşqçilik edəcəyi bildirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31