Mourinyo: "Çelsi"də 12 il çalışmaq istəyirəm"
23 Dekabr 2013 19:02 İdman"Çelsi" klubunun çalışdırıcısı Joze Mourinyo gələcək karyerası haqda danışıb. Qol.Az-ın Britaniya mətbuatına istinadən verdiyi məlumata görə, təcrübəli mütəxəssis deyib ki, London klubu ilə müqaviləsi başa çatdıqdan sonra rəhbərliklə yenidən görüşəcək: "Əgər hər ikimiz üçün yaxşı olsa, burada qalmağa davam edəcəm. Amma mən "Çelsi"də 12 il daha çalışmaq istəyirəm. 51 yaşım var. "Çelsi"də 12 il baş məşqçilik etdikdən sonra iki il də milli komandada çalışmaq istəyirəm. İlk növbədə isə Portuqaliya millisini seçərəm. İngiltərə isə çalışdırmaq istədiyim ikinci yığmadır".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31