Arda Turan: "Qalatasaray"ın "Çelsi" səddini keçəcəyinə inanıram"
23 Dekabr 2013 19:50 İdman"Atletiko" (Madrid) klubunun futbolçusu Arda Turan Türkiyə Superliqasının son turunda keçmiş komandası "Qalatasaray"a dəstək olub.
Qol.Az-ın "Sporx.com"a istinadən verdiyi məlumata görə, türkiyəli yarımmüdafiəçi ölkə çempionatında "Cim Bom"un "Trabzonspor"la oynadığı matçı stadiondan canlı izləyib.
Görüşü Türkiyə Futbol Federasiyasının (TFF) keçmiş prezidenti Haluk Ulusoyla izləyən A.Turan İstanbul klubuna dəstək olmaq üçün stadiona gəldiyini deyib: "Çelsi" qarşısında "Qalatasaray"ın növbəti mərhələyə keçəcəyinə inanıram".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31