Di Mariya: "Real"dan getmək niyyətim yoxdur"
23 Dekabr 2013 11:07 İdman"Real" (Madrid) klubunun yarımmüdafiəçisi Anxel Di Mariya haqqında yayılan transfer xəbərlərinə münasibət bildirib.
Qol.Az-ın məlumatına görə, "Marca" qəzetinə danışan argentinalı futbolçu Madrid klubundan ayrılmaq niyyətində olmadığını deyib:
"Real"da məni hər şey qane edir. Klub rəhbərliyi ilə heç bir danışığım olmayıb. Dəqiq bilmirəm, amma onu bilirəm ki, kimlərsə mənim komandadan gedəcəyimlə bağlı yanlış xəbərlər yayır. Şəxsən mənim belə niyyətim yoxdur".
Qeyd edək ki, Di Mariya ilə Fransanın "Monako" klubu yaxından maraqlanır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31