Ronaldodan şok istək: ““Play Station-4” olmasa, oynamayacam”
Braziliya gedən ulduz oyunçu milli komanda rəəhbərliyi qarşısında iki tələb irəli sürüb
23 Dekabr 2013 09:58 İdmanPortuqaliya milli komandası ilə Dünya kubokunda iştirak edəcək Kriştiano Ronaldo, Barziliyada klubunun rəhbərliyi qarşısında iki tələb qoyub.ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, ulduz oyunçunun birinciu şərti bu olub ki, San-Paulo şəhərindən 100 kilometr aralıda yerləşən "Palm Resart" otelinə xüsusi hamam quraşdırılsın. İkinci tələbi isə bu olub ki, qalacağı otağına "Play Station-4" oyununu gətirilsin.O, bu istəyini onunla əlaqələndirib ki, boş vaxtlarında komputerdə futbol oyunları oynamaqdan xüsusi zövq alır. Klub rəhbərliyi isə adı çəkilən otelin rəhbəriliyi ilə əlaqə yaradaraq, onun istəklərinin həyata keçməsini tələb ediblər.Onun milli komanda yoldaşı, "Real Madrid"li oyunçu Pepe ilə bir otaqda qalacaq.