"Qara qartal"ın azarkeşləri "Aslan"a sümük atıblar

"Beşiktaş" və "Qalatasaray" arasında srağagün keçirilmiş Superliqa oyunundakı (0:2) olaylarla bağlı daha bir təfərrüat ortaya çıxıb.
Qol.Az-ın məlumatına görə, matçın hakimiylə yanaşı "Qalatasaray"ın bəzi futbolçularından narazı qalan yerli azarkeşlərin xüsusilə qonaq komandanın futbolçusu Felipo Meloya qarşı irqçi hərəkətləri yaddaşlarla qalıb. Onlar oyunun gedişatı zamanı Meloya sümük atıblar. Türkiyə mətbuatı "Beşiktaş"lı azarkeşlərin özləri ilə bir torba sümük gətirdikləri və zaman-zaman onu Meloya tərəf tulladıqları üzə çıxıb.
Məlumatda qeyd edilib ki, oyunun gedişatı zamanı bununla əlaqədar "Qalatasaray"ın baş məşqçisi Farih Terimin bu durumdan şikayət edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31