“Rubin”in baş məşqçisi qovuldu

Rusiyanın "Rubin" futbol komandasının baş məşqçisi Kurban Berdıyev istefaya göndərilib. Qol.Az-ın "Sport-ekpress"ə istinadən yaydığı məlumata görə, bu barədə  Tatarıstan prezidenti Rüstəm Minnixanovun klub rəsmiləri ilə görüşündə qərar qəbul olunub. O, Berdıyevdən əlavə, klubun baş direktoru Andrey Qromovla vitse-prezident Kamil İshakovu da qovub. 
Qeyd edək ki, "Rubin"də Azərbaycan milli komandasının futbolçusu Ruslan Abışov da çıxış edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31