Riberi: "Dünyanın ən güclüsü olduğumuzu sübut etməliyik"

"Bavariya"nın futbolçusu Frank Riberi bu il qazandıqları kuboklarının yanına daha birinin əlavə olunmasını istəyir. Qol.Az-ın məlumatına görə, klubun rəsmi saytına danışan fransalı yarımmüdafiəçi 2013-cü ili klublar arasında dünya çempionatını qazanaraq başa vurmaq istədiyini deyib: "Bu il çox önəmli matçlara çıxdıq və buna görə də bir az yorğunuq. Klublar arasında dünya çempionatını qazanaraq sadəcə Avropanın deyil, dünyanın ən güclüsü olduğumuzu sübut etməliyik".
Qeyd edək ki, Münhen təmsilçisi bu turnirdə ilk oyununu dekabrın 17-i "Quançjou Everqrand"a qarşı keçirib və qalib gəlib.
Xatırladaq ki, "Bavariya" bu il bundesliqa, Almaniya Kuboku və Çempionlar Liqasınının kubokunu qazanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31