Yaxşıların yaxşısı seçiləcək

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi cari ilin yekunlarına həsr olunmuş təntənəli mərasim keçirəcək. Baş İdarədən "OLAYLAR"-a daxil olan məlumata görə, mərasim dekabrın 24-də Cumeyra Bilgəh Beach Hotelində baş tutacaq.  Mərasimdə il ərzində gənclər və idman sahəsində fərqlənmiş ayrı-ayrı şəxslər Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin təsis etdiyi "Yaxşıların Yaxşısı - 2013" mükafatına layiq görüləcəklər. Dövlət və hökumət rəsmiləri, millət vəkilləri və gənclər təşkilatlarının rəhbərlərinin iştirak etdiyi mərasimin rəsmi hissəsindən sonra incəsənət ustalarının iştirakı ilə konsert proqramı təşkil olunacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31