Azərbaycanda 2013-cü ilin ən yaxşı futbolçuları məlum oldu
Milli komandanın ən yaxşı futbolçusu adına yığmanın və “Qarabağ”ın kapitanı Rəşad Sadıqov layiq görülüb
17 Dekabr 2013 16:55 İdmanAFFA milli komandaların 2013-cü il üçün ən yaxşılarını mükafatlandırıb. AFFA-nın təşkilatçılığı ilə keçirilən tədbirdə 6 nominasiya üzrə qaliblərin adı açıqlanıb. Tədbirdə bir neçə nominasiya üzrə ən yaxşılar mükafatlandırılmaq üçün səhnəyə dəvət olunub. Milli komandanın ən yaxşı futbolçusu adına yığmanın və "Qarabağ"ın kapitanı Rəşad Sadıqov layiq görülüb. Müdafiəçi 2010-cu ildə qazandığı mükafata 2-ci dəfə layiq görülüb.
Ən yaxşı qapıçı seçilən Kamran Ağayev isə artıq 4-cü dəfədir bu adı qazanıb. "Bakı" klubunun qapıçısı 2009, 2011 və 2012-ci illərdə də bu mükafatı qazanıb.
"Xəzər Lənkəran"ın arxa xətt oyunçusu Rasim Ramaldanov millidə ən çox oyun keçirən futbolçu kimi mükafatlandırılıb.
AFFA bundan başqa futzal yığmamızda Vitali Borisovu, çimərlik futbolunda Emin Kürdovu, həmçinin qadınlardan ibarət yığmamızda Nigar Cəlillini 2013-cü ilin ən yaxşı futbolçusu seçib.
6 nominasiyanın qalibi mükafatlandırılıb və onlara qiymətli hədiyyələr verilib. ans