MOK-un Ədalətli Oyunlar Komissiyası ilə yekun vurur
17 Dekabr 2013 14:30 İdmanMilli Olimpiya Komitəsinin inzibati binasında Azərbaycan Milli Olimpiya Komitəsinin Ədalətli Oyunlar Komissiyasının (AzƏOK) cari ilin yekunlarına həsr olunmuş tədbiri keçiriləcək. "OLAYLAR"-a daxil olan məlumatda bildirilib ki, tədbirdə AzƏOK-un nominasiyaları təqdim olunacaq. Tədbirdə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, MOK-un baş katibi Ağacan Abiyev, Avropa Ədalətli Oyunlar Hərəkatının vitse-prezidenti Ərdoğan Arpinar, Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Azərbaycan Ədalətli Oyunlar Komissiyasının sədri Xəzər İsayev və digər qonaqlar iştirak edəcəklər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31