Obi Mikel: "İşimiz asan olmayacaq"

"Çelsi"nin ulduz futbolçusu Obi Mikel, "Qalatasaray"la keçirəcəkləri qarşılaşma barədə danışıb. Siasport.az saytı xəbər verir ki, "Çelsi"nin ulduz futbolçusu, Didye Droqba kimi əfsanə ilə "Stenford Bric"də yenidən qarşılaşacağı üçün xoşbəxt olacağını elan edib: "Futbolçu koryerasının 8 ilini "Çelsi"də keçirən, komandanın azarkeşlərinin sevimlisi olan Didye Droqba ilə yenidən qarşılaşmaq tam başqa bir duyğu. Biz futbolçulardan daha çox, "Çelsi" azarkeşləri səbirsizliklə onu "Stenford Bric"də görmək istəyirlər. O, bir canlı əfsanədir. "Qalatasaray"a gəlincə, artıq bu komandanın nəyə qadir olduğunu hər kəs yaxşı bilir. Olduqca əzmkar bir kollektivdir. D.Droqba və Uesli Sneyderlə daha da gücləniblər. Ayrıca, Roberto Mançini kimi yeni baş məşqçiləri var. Bir sözlə, işimiz asan deyil."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31