Milinko Pantiç: "Komandama bu oyunda gəzərək oynamamağı dedim"

Topaz Premyer Liqasının 17-ci turunda "Bakı" doğma meydanda lider "Qarabağ"ı məğlub edib - 2:1. Oyundan sonra baş məşqçilər qarşılaşma barədə fikirlərini bildiriblər. Siasport.az saytı baş məşqçilərin fikirlərini nəzərinizə çatdırır:

Milinko Pantiç, "Bakı" klubunun baş məşqçisi: "Yetirmələrimi təbrik edirəm. Bizim üçün çox vacib qələbə oldu. Çempionatın lideri ilə qarşılaşdıq və qalib gəldik. "Qarabağ" kimi komandanı məğlub etmək üçün imkanlarından 150 faiz istifadə etməlisən. Oyunçularım yaxşı mübarizə apardı, bəziləri isə zədələndi. Komandama bu oyunda mübarizə aparmağı, gəzərək oynamamağı dedim. Rəqib üzərində basqı, qələbə istəyi olmalıdır. Komanda verilən tapşırıqları yerinə yetirdi. Məni narahat edən əsas məqam asanlıqla qol buraxmağımızdır. Son vaxtlar qapımızdan bu cür qollar buraxırıq".

Qurban Qurbanov, "Qarabağ" klubunun baş məşqçisi: "Çox ağır oyun oldu. İstədiklərimizi əldə edə bilmədik. Problemlərimiz var idi. "Bakı"nı qələbə münasibəti ilə təbrik edirəm. Bərabərlik qolunu vurmağa çalışdıq, lakin alınmadı. Oyunçularımız meydanda çox qaçdı, çox hərəkət etdilər. Rauf Əliyevi qol vurması münasibəti ilə təbrik edirəm".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31