Mustafa Dənizli: "Növbəti oyunumuzda da qalib gələcəyimizə inanıram"

Topaz Premyer Liqasının 17-ci turunda "Xəzər Lənkəran" doğma meydanda "Rəvan"la qarşılaşıb. Siasport.az saytının məlumatına görə, rəqibini minimal hesabla məğlub edən cənublular növbəti üç xalı aktivinə yazıblar - 1:0. Baş məşqçilərin fikirlərini nəzərinizə çatdırırıq:

Şahin Diniyev, "Rəvan" klubunu baş məşqçisi: "Maraqlı oyun oldu. Komandamdan razıyam, sona kimi mübarizə apardıq. Fikrimcə, hesab 1:1 olsa idi, bu, ədalətli nəticə olardı. Hesabı bərabərləşdirmək üçün bir neçə imkanımız oldu".

Mustafa Dənizli, "Xəzər Lənkəran" klubunun baş məşqçisi: "Bizim üçün vacib oyun idi. Növbəti oyunumuzda da qalib gələcəyimizə inanıram. Hər oyunda futbolçular bir-birini daha da yaxşı başa düşəcək, turnir cədvəlində irəliləyəcəyik".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31