Fatih Terim "Qızıl top" üçün seçimini etdi

Türkiyə millisinin baş məşqçisi Fatih Terim dünyanın ən yaxşı futbolçusuna verilən "Qızıl top" mükafatı üçün seçimini edib. Qol.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, o, birinci yerə Kriştiano Ronaldonu layiq görüb: "Ronaldo bu mövsüm göstərdiyi oyunla hər kəsi qabaqladı. Bu səbəbdən ilk seçimim o oldu. Məncə, builki mükafat Ronaldonun olacaq". 
Təcrübəli mütəxəssis ikinci pilləyə "Barselona"nın hücumçusu Lionel Messini layiq gördüyünü söyləyib. Terim üçün dünyanın ən yaxşı üçüncü futbolçusu isə "Bavariya"dan Aryen Robbendir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31