"Mançester Siti" ciddi itki ilə üzləşdi
16 Dekabr 2013 14:04 İdman"Mançester Siti"nin aparıcı futbolçularından olan Serxio Aquero 6 həftəlik sıradan çıxıb. Qol.Az-ın Britaniya mətbuatına istinadən verdiyi məlumata görə, buna hücumçunun Premyer Liqada "Arsenal"la matçda (6:3) zədələnməsi səbəb olub. Sözügedən qarşılaşmanın 47-ci dəqiqəsində argetinalı futbolçu oyunu tərk etmək məcburiyyərində qalmışdı. Klubun baş məşqçisi Manuel Pelleqrini futbolçusunun durumunun ciddi olduğunu açıqlayıb.
Qeyd edək ki, S.Aquero bu mövsüm forma geyindiyi 20 qarşılaşmada 19 qol vurub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31