"Barselona” “Real Madrid”in rekordunu yeniləyib

Komanda yeni rekordunu 54 tur dalbadal ölkə çempionatında liderliyi qoruyub saxladığına görə qazanıb

İspaniyanın "Barselona" futbol klubu La Ligada ardıcıl lider olduğuna görə "Real Madrid"in 25 il öncə qırdığı rekordu yeniləyib. Rusiya mətbuatınIn verdiyi məlumata görə, "Barselona" yeni rekordunu 54 tur dalbadal ölkə çempionatında liderliyi qoruyub saxladığına görə qazanıb. Qeyd edək ki, "Barselona" ilə eyni 43 xala malik olan Madridin digər komandası "Atletiko" son turda "Valensiya"ya 4 və ondan çox fərqlə qalib gəlsəydi, Kataloniya klubuna maneçilik törədə bilərdi, ancaq Dieqo Simeonenin yetirmələri rəqib komandanın qapısından yalnız 3 top keçirə bilib. 
Xatırladaq ki, kral klubu "Real Madrid" 1986-1988-ci illərdə 53 tur dalbadal La Liqada liderliyi qoruyub saxlamışdı. ans

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31